Bakı. Trend:
İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan,
Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ,
Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir
leysan xarakterli yağış yağıb.
Bu barədə Trend-ə
Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Goranboy rayonu Böyrü qəsəbəsinə saat
17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli
kəndinə 10-13 mm, həmçinin rayonun Qarğıcaq, Şəfəq və Zeyvə
kəndlərinə də dolu düşüb.





























