Advertisement

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən
narıncı və sarı xəbərdarlığa əsasən hazırda Bakıda və Abşeron
yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava
şəraiti hökm sürür.

Küləyin daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan
ehtiyatlı davranmağı tövsiyə edirik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə
İbrahimova Trend
bildirilib ki, güclü küləklə müşayiət olunan hava şəraitinin
fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir
daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq.

“İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmamaq,
nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq
gərəkdir. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti
işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların,
elektrik dirəkləri və naqillərinin altında dayanmayın”, – məlumatda
qeyd edilib.