
Bakı. Trend:
Göygöl Rayon İcra Hakimiyyəti, Rayon üzrə təhsil sektoru və
Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaqlar
yaşıl dünyamızın əlvan çiçəkləridir” adlı musiqili əyləncəli
festivalda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev,
YAP rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və
təşkilat rəhbərləri, rayon ictimaiyyəti, şəhid və qazi övladlar,
məktəblilər iştirak ediblər. Festival Azərbaycan Respublikasının
Dövlət Himni ilə açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsi və Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canını
fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad
edilib.
Festivalda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin
Paşayev uşaqları bayram münasibəti ilə təbrik edərək, onlara xoş
arzularını çatdırıb və qeyd edib ki, dünyanın əksər ölkələrində
olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə
uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi
böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev
uşaqların sağlam və firavan böyüməsini, onların rifahının
yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi
müəyyən edib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar
və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən
qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti
ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı
tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid övladları, xüsusi
qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara
diqqət və qayğı ilə yanaşır.
Festivalda rayonun ümumtəhsil məktəblərinin, məktəbəqədər və
məktəbdənkənar müəssisələrinin, “İrəvan İdman Klubunun” və
Mədəniyyət Mərkəzinin xüsusi istedadı, bacarığı ilə seçilən
uşaqların rəngarəng çıxışları və təqdimatları yer alıb.





























