
Bakı. Trend:
Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzinə metronun “28 May” stansiyasından sərnişinin qatar
yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə
təcili tibbi yardım briqadası cəlb edilib.
68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə
alınıb.
Qeyd edək ki, bu gün “28 May” stansiyasına qatar daxil olanda,
sərnişin stansiya yoluna düşüb. Sərnişin yerindəcə dünyasını
dəyişib.





























