Bakı. Trend:
Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə
alınmış ölüm faktını araşdırır.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən
bildirilib.
“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin
metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək
ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma
aparılır”, – prokurorluqdan bildirilib.
Qeyd edək ki, bu gün “28 May” stansiyasına qatar daxil olanda,
sərnişin stansiya yoluna düşüb və yerindəcə dünyasını dəyişib.





























