Bakı. Trend:
Duman səbəbindən magistral avtomobil yollarında görünüş
məhdudlaşacaq.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən
bildirilib.
İyunun 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi
rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral
avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək
məhdudlaşacağı ehtimalı var.





























