Bakı. Trend:
Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı
artırılır.
Trend-in məlumatına görə, bu barədə “Le Parisien” saytında
bildirilib.
Məlumata əsasən, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə
etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə
42% artırılacaq.
Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə
qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya
qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma)
bileti isə 10 avrodan 14,20 avroya qaldırılır.
Fransa mediası bildirir ki, qiymət artımından məqsəd tikilinin
təmir xərclərini qarşılamaqdır.
Qeyd edək ki, Eyfel qülləsi dünyanın ən çox baş çəkilən
abidələri sırasında yer alır. Ötən il qülləni 6,3 milyondan çox
turist ziyarət edib.





























