Bakı. Trend:
Bu gün saat 10:00-dan Sabunçu və Qaradağ rayonlarında qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.
Trend bu barədə SOCAR
“Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu,
Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin
tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ
rayonunun Ələt qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava
kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz
təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov
qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana
qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və
Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.





























