Bakı. Trend:
1-2 iyun tarixlərində ölkə ərazisində qeydə alınan 80, əvvəlki
dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində
axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.





























