Advertisement

Laçında futbol bayramı (FOTO) – Trend.Az

Bakı. Trend:

30 may tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi
nümayəndəliyi və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının
birgə təşkilatçılığı ilə Laçın İdman Kompleksidə Laçın şəhər 2
nömrəli tam orta məktəbin və Zabux kənd orta məktəb şagirdləri
arasında minifutbol üzrə tədbir keçirilib.

Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Prezidentinin
xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirmişdir ki,
bütövlükdə idman sahəsi ölkəmizdə sürətlə inkişaf edir və bu gün də
Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır. Regionlarda
idmanın inkişaf etdirilməsi vacibdir və bu baxımdan uşaq futbolunun
kəndlərdə də təşkil olunması dövlətimizin idmana olan diqqətinin
göstəricisidir. Çıxışı zamanı idmanın və futbolun inkişafını yüksək
qiymətləndirərək uşaq futboluna yaradılan şəraitin gələcək
nəsillərə sağlam həyat bəxş edilməsi baxımından atılan atdım olduğu
bildirdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə
layihənin regionlarda idmanın və futbolun inkişafına dair yerinə
yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu
bildirərək uşaqların sağlam mühitdə böyüməsi üçün tədbirlərin digər
regionlarda davamlı şəkildə keçirilməsi vurğulayıb.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının
(UGFF) prezidenti Asif Əliyev çıxış edərək ölkəmizdə idmanın və
futbolun inkişafından söz açaraq görülən işləri yüksək
qiymətləndirərək layihənin əsas məqsədinin regionlarda futbolu
inkişaf etdirərək istedadlı uşaqların yetişdirilməsi və futbol
akademiyalarında formalaşmaqlarına istiqamət verilməsini qeyd etdi.
Gələcəkdə də regionlarda o, cümlədən işğaldan azad edilmiş
torpaqlarda idmanın və uşaq futbolunun inkişaf etdirilməsi UGFF-nın
ən prioritet məsələsi olduğunu bildirdi.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının
(UGFF) baş katibi Asim Xudiyev, Laçın 2 nömrəli tam orta məktəbin
direktoru Sevinc Cabbarova və Laçın rayonu, Zabux kənd tam orta
məktəbin direktoru Mübariz Rüstəmov iştirak edib. Tədbirin
yekununda iştirak edən 70 şagirdə idmana və futbola marağın
artırılması məqsədilə idman geyimləri və toplar verilib.