Advertisement

Ziraat Bank Azəraycan uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib

Bakı. Trend:

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası
çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar
“Gələcəyin bankirləri” layihəsini həyata keçirib. Tədbirin məqsədi
uşaqlar və yeniyetmələr arasında maliyyə savadlılığının
artırılması, onların maliyyə sahəsi ilə bağlı maraq dairələrində
olan ixtisaslarla yaxından tanış olması olub. Layihə çərçivəsində
Ziraat Bank Azərbaycanda çalışan bütün əməkdaşların övladları baş
ofisdə qonaq olublar. Bankda keçirilən ekskursiya zamanı uşaqlar
ilk öncə bank anlayışı və bankda fəaliyyət göstərən
departamentlərin işi ilə yaxından tanış olublar. Müxtəlif struktur
bölmələrdə çalışan əməkdaşlar uşaqlara öz ixtisasları və
göstərdikləri xidmətlər haqqında ətraflı məlumat veriblər.
Əməliyyat departamentində ekskursiya zamanı uşaqlara bank kartları
və ATM-lər ilə bağlı işləmə prinsipi əyani şəkildə izah edilib.

https://youtu.be/GIcdP6s2B7U?si=iUvaO0go6sHSeTEa

Həmçinin layihə çərçivəsində uşaqlar üçün əyləncə proqramı da
təşkil olunub. Proqram zamanı uşaqların istirahət etməsi ilə yanaşı
elmə maraqlarının artırılması məqsədi ilə mütəxəssislər tərəfindən
təşkil edilmiş eksperimentlər şousu göstərilib. Sonda isə tədbirdə
iştirak edən uşaqlara bank tərəfindən xatirə hədiyyələri təqdim
olunub.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.