Bakı. Trend:
Son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin
olunub.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq
haqqında” qanuna dəyişiklikliyin müzakirəsi zaman deyib.
Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən
ictimai işlərdə müvəqqəti məşğulluğu təmin edilib.
“80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə
peşə hazırlığına cəlb olunub”, – deyə o əlavə edib.





























