Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq
yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385
manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il
təvəllüdlü qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





























