Bakı. Trend:
Hazırda Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 748 min
nəfərdir. Bunun 899 mini dövlət, 849 mini isə özəl sektorun payına
düşür. Göründüyü kimi, dövlət sektoru iş yerlərinin sayında
öndədir.
Trend-in məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna
dəyişiklikliyin müzakirəsi zaman deyib.
O qeyd edib ki, məqsəd özəl sektorun payının artırılmasına nail
olmaqdır.
“Birmənalı şəkildə özəl sektora yeni iş yerlərinin artırılması
üçün şərait yaratmaq lazımdır. Dövlət büdcəsi daha çox həssas
qrupların maliyyələşdirilməsini həyata keçirməlidir. Təəssüf ki,
özəl sektor dövlət sektoruna uduzur”, – deyə o əlavə edib.





























