Advertisement

Günay Əsgərova İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında PwC-nin dayanıqlı maliyyələşdirmədə xüsusi rolunu vurğuladı (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan şirkətinin Dayanıqlı İnkişaf üzrə Baş Meneceri
Günay Əsgərova “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş
İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi
Konfransında çıxış edib. “Gələcəyi İstiqamətləndirmək: Dayanıqlı
Gələcək üçün İqlim Dəyişikliklərinin Maliyyələşdirilməsində
Yeniliklər” mövzusunda keçirilən panel sessiyasında Günay Əsgərova
iqlim və innovasiyaların maliyyələşdirilməsi təcrübələri haqqında
danışaraq, dayanıqlı maliyyə həllərinin irəlilədilməsində PwC-nin
xüsusi rolunu vurğuladı.

COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədovanın
moderatorluğu ilə keçirilən panel müzakirəsində Eurasia Group-dan
Frank Qbaqidi, Obuda Universitetindən Monika Garay-Fodor,
Azərbaycan Respublikası Mərkəzi Bankından Rüstəm Tahirov və
Azərbaycan COP29 Əməliyyat Komitəsinin üzvü Zaur Məmmədov daxil
olmaqla, tanınmış məruzəçilər iştirak ediblər.

Onlar dayanıqlı gələcəyin təmin edilməsi üçün innovativ maliyyə
həllərinin kritik əhəmiyyətini vurğuladılar.