Advertisement

Sabahın hava PROQNOZU – Trend.Az

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz
keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, havanın
temperaturu gecə 17-22°, gündüz 30-35° olacaq. Atmosfer təzyiqi 762
mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 %
olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman
olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 31-36°, dağlarda gecə
7-12°, gündüz 15-20°, bəzi yerlərdə 25° olacaq.