Bakı. Trend:
Məktəbəqədər Təhsil Müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün
müsahibə mərhələsinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən xəbərə görə,
məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün
test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibə
mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsi 3-6
iyun tarixlərində keçiriləcək. Müsahibələrin keçiriləcəyi vaxt və
məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə
göndərilib.
Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik,
idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində
pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar
verilir.
Qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi
mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün
namizədlərə bərabər imkanlar yaradılır.





























