
Bakı. Trend:
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün
paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start
verilib.
Bu barədə Trend-ə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə
Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır.
Sözügedən hissənin uzunluğu 3,4 km təşkil edir.
Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların
rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez
materialının kənara daşınması işləri icra olunur.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət
məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat
vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından
müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq
edilir.
Agetlik bir daha sürücülərdən aparılan işlərə anlayışla
yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə
olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol
nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət
etmələrini xahiş edir.





























