Bakı. Trend:
Bir çoxu ölkəni tərk etməmək üçün çıxış yolu kimi Azərbaycan
vətəndaşı ilə nikah bağlamağı seçir. Bu da bir çox problemlərin
yaranmasına gətirib çıxarır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsinə
təklif olunan dəyişikliklərin müzakirəsində deyib.
O qeyd edib ki, dəfələrlə şahidi oluruq ki, belə nikahların
böyük hissəsi uğursuz olur, ailə üzvlərinin, xüsusilə də qadın və
uşaqların hüquqları pozulur.
“Bir çox hallarda onları müdafiə etmək çətin olur. eyni zamanda
bu hal ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması
istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə də mənfi
təsir göstərir”, – H.Hüseynova əlavə edib.





























