Advertisement

Qaradağda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirildi

Bakı. Trend:

Qaradağ rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir
keçirilib.

Bu barədə Trend-ə Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin DYP Şöbəsinin
əməkdaşları tərəfindən rayon ərazisində avtomobillərdən atmosferə
atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına
vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata
keçirilib.

Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki
sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə
sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, ətraf
mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq
çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və
onların istismara buraxılmasına yol verən şəxslər barəsində
qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti
göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan
avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar
etmələrini xahiş edirik.