Advertisement

Azerconnect Group Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır (FOTO)

Bakı. Trend:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının
təşkilatçılığı və Azərbaycanın ən böyük İKT şirkəti olan
Azerconnect Group-un əsas tərəfdaşlığı ilə Bakıda “3-cü Milli
Kibertəhlükəsizlik Forumu” keçirilib.

Azerconnect Group-un Baş direktorunun müavini Dövlət Dövlətov
tədbirin açılış mərasimində çıxış edərək, şirkətin
kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi ilə bağlı şirkətin
öncül təcrübəsini bölüşüb. Forum zamanı Azerconnect Group-un
Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin təkmilləşdirilməsi layihəsi
təqdim edilib. Həmçinin kibertəhlükəsizlik sahəsində şirkət
tərəfindən yerli peşəkarların yetişdirilməsi üçün atdığı addımlar
haqqında ətraflı məlumat paylaşılıb.

Forumda dövlət qurumları, özəl şirkət və biznes nümayəndələrinin
iştirakı ilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi,
kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları, habelə
kiberdiasporanın formalaşdırılması mövzuları ətrafında mühüm
müzakirələr aparılıb.

Qeyd edək ki, Azerconnect Group İKT sahəsində iri
işəgötürənlərdən biri olaraq Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyasının üzvüdür.

Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən
İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən
şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji,
telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində
fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.