Bakı. Trend:
Şirvanda bir nəfər Kür çayında batıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı
qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.





























