Advertisement

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb – SİYAHI

Bakı. Trend:

Bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı
üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı
qazdan zəhərlənib.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini
görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca
tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da
qazdan zəhərlənib.

Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş
verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu,
Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub
Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra
daha ətraflı məlumat veriləcək.