Advertisement

Xaçmazda Ağsaqqallar Şurasının iclası keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib.

Tədbir iştirakçıları, əvvəlcə, ümummilli lider Heydər Əliyevin
abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla
anıblar.

İclasda ulu öndər Heydər Əliyevin, şəhidlərimizin və ötən dövr
ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış
edərək, rayonun ictimai, siyasi həyatında ağsaqqalların əhəmiyyətli
rolundan danışıb. Qeyd edib ki, gənclərimizin dövlətə, dövlətçiliyə
və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və
vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində
ağsaqqallara həmişə böyük ehtiyac duyulub. Elnur Rzayev bildirib
ki, işğal altındakı torpaqlarımızın azad olunmasında, böyük
Qələbənin qazanılmasında yüzlərlə xaçmazlı gənc qəhrəmanlıqlar
göstərərək öz adlarını Azərbaycanın şanlı Zəfər tarixinə qızıl
hərflərlə yazıblar. Bu Qələbənin əldə edilməsində ağsaqqalların da
əməyi danılmazdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov
bildirib ki, öz fəaliyyətini bir çox istiqamətlərdə quran
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman xalqın
mənafeyinə xidmət edən daxili və xarici siyasətini ürəkdən
dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq
məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir,
dinamik inkişafda olan ölkəmizin parlaq gələcəyi naminə qüvvə,
bilik və bacarıqlarını əsirgəmirlər.

Xaçmaz Rayon Ağasaqqallar Şurasının sədri Məhərrəm Abasov və
digər çıxış edənlər son illər Xaçmaz rayonunda həyata keçirilən
geniş miqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışaraq
görülən işləri yükəsk qiymətləndiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən
ağsaqqallar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
tərəfindən fəxri fərmanla təltif olunub.