
Bakı. Trend:
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 69 və 70-ci
proqramları üzrə 1 iyun 2024-cü il tarixində keçirilmiş qabiliyyət
imtahanlarının yekun nəticələri elan edilib.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat
verilib.
Bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.
5 iyun 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında 70-ci proqram üzrə qabiliyyət
imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün
apellyasiya prosesi təşkil olunacaq. 69-cu proqram üzrə qabiliyyət
imtahanının nəticələri ilə bağlı müraciətlərə imtahanların
keçirilməsi qaydalarına uyğun olaraq həmin gün baxılıb.





























