Advertisement

Ötən ay ərzində neçə nəfər zəhərlənib?

Bakı. Trend:

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə
zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, şöbəyə qəbul edilən
xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u
etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1
nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə
yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3
nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol
zəhərlənmələrindən qeydə alınıb.