Bakı. Trend:
Bank kartlarına müdaxilə edərək dələduzluq edən 3 şübhəli şəxs
saxlanılıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, kiber cinayətkarlığın yeni forması müşahidə
olunur: “Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank
kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət
sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları
götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb.
İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028,
2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470,
800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları
aldadılıb alınmaqla oğurlanıb”.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində
vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini
oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs
müəyyən olunaraq tutulub.





























