Bakı. Trend:
Üç nəfərin 47 700 manat pulunu talamaqda şübhəli bilinən şəxs
saxlanılıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
müxtəlif vaxtlarda üç nəfərin 47700 manat pulunu dələduzluq yolu
ilə almaqda şübhəli bilinən 1984-ci il təvəllüdlü Füzuli Qəhrəmanov
saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





























