
Bakı. Trend:
Xüsusi Təyinatlı Qüvvələrə yeni komandan vəzifəsinə icraçı təyin
edilib.
Trend xəbər verir ki, bu barədə müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrasına general-mayor
Akif Pirverdiyevə təyin edilib. Bu təyinatadək A.Pirverdiyev XTQ
komandanın Maddi Texniki Təminat üzrə müavini olub.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin daha öncəki komandanı
general-leytenant Hikmət Mirzəyev bir müddət əvvəl müdafiə
nazirinin müavini – Quru Qoşunların Komandanı təyin edilib.





























