Bakı. Trend:
Azərbaycanda yeni rüsumlar müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ “Dövlət rüsumu
haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, döyüş təyinatlı hərbi texnikanın və hərbi
silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan
keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və
texniki xidmət göstərilməsi üçün 12500 manat, saxlanılması üçün
12500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Eyni zamanda, layihəyə əlavə edilən yeni 22.0.41-ci maddədə,
döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və
sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı,
təmiri və texniki xidmət göstərilməsi üçün 12500 manat,
saxlanılması üçün 12500 manat, utilizasiyası üçün 10 000 manat
rüsum ödənilməsi təklif edilir.
Dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iyunun
7-də keçiriləcək iclasında müzakirə ediləcək.





























