
Bakı. Trend:
“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK
Azərbaycan) 2 iyunda keçirilən tədbirində rəsmi telekommunikasiya
tərəfdaşı kimi iştirak edib. Mərasim ölkə daxilində fəaliyyət
göstərən müxtəlif sektorlardan olan özəl şirkətlərin və dövlət
qurumlarının nümayəndələrini bir araya gətirib.
Tədbirdə şəbəkələşmə, əməkdaşlıq və yenilikçi ideyaların
mübadiləsi üçün əhəmiyyətli platforma imkanları təqdim edilib.
Kiçik və orta bizneslərin böyüməsini və səmərəliliyini dəstəkləmək
üçün “Nar” xüsusi olaraq hazırlanmış telekommunikasiya həllərini
nümayiş etdirib. Bu həllər “Nar”ın biznesləri sərfəli xidmətlərlə
təmin etmək öhdəliyinin bir hissəsidir.
Tədbirdə fəxri qonaq qismində çıxış edən “Nar”ın baş icraçı
direktoru Qunnar Panke AHK Azərbaycan ilə əməkdaşlıqdan
məmnunluğunu vurğulayaraq bildirib: “Telekommunikasiya sahəsində
müxtəlif ehtiyaclara uyğun xidmətləri sərfəlilik strategiyamıza
əsasən formalaşdırırıq. Xidmət və məhsullarımız müştərilərimizə
ünsiyyəti hər zaman daha yaxın edir. Çünki “Nar” sənə ən
yaxındır”.
AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının
Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes
araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 180-dən çox üzv
şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü
iqtisadi assosiasiyasıdır. “Nar”ın AHK Azərbaycan ilə
əməkdaşlığının əsas məqsədi ölkənin biznes mühitinin inkişafına
dəstək olmaqdır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.





























