Advertisement

46 aptekdə yoxlamalar aparılıb, nöqsanlar aşkarlanıb

Bakı. Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mütəmadi olaraq,
aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında
məlumatları vətəndaşların nəzərinə çatdırır.

Trend xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Bildirilib ki, AEM tərəfindən 2024-cü ilin may ayı ərzində Bakı
şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonlarında isə 17
aptek olmaqla, ümumilikdə 46 aptekdə yoxlama aparılıb.

Üç aptekdə plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar
zamanı beş aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin 452.1-ci, 452.3-cü, 452.4-cü
maddələri üzrə protokollar tərtib edilib.