
Bakı. Trend:
“Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024”
beynəlxalq proqramı çərçivəsində səkkiz tədbir keçiriləcək.
Trend xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov
“Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024”
beynəlxalq proqramının açılışı zamanı jurnalistlərə açıqlamasında
deyib.
“Bu il “Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı
2024” beynəlxalq proqramı çərçivəsində plana uyğun olaraq şəhərdə
səkkiz tədbir keçiriləcək”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri təkcə ölkə daxilində
deyil, xaricdə də kifayət qədər fəaldır ki, bu da sevindirməyə
bilməz:
“Bundan sonra da regionlarımızda gənclər təşkilatları ilə
birlikdə müxtəlif tədbirlər keçirəcəyik”.
Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu
və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə
əməkdaşlığı ilə həyata keçirilən “Şuşa İslam Əməkdaşlıq
Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramına start
verilib.
slam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatın
üzvü olan ölkələrin şəhərlərindən “Gənclər Paytaxtı” seçir və il
boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.





























