Advertisement

UNEC 24 ixtisas üzrə təkrar ali təhsilə sənəd qəbulu elan edir

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Zaqatala
filialı 2024/2025-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli
əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan
edir.

Təkrar ali təhsilə sənədlərin qəbulu elektron qaydada
portal.edu.az və kabinet.unec.edu.az üzərindən həyata keçirilir.
Qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə
portal.edu.az, sonra isə kabinet.unec.edu.az portalları vasitəsilə
elektron qaydada təqdim etməlidirlər. Müvafiq tələblərə cavab verən
şəxslər təkrar ali təhsil almaq hüququ qazanacaqlar.

Sənədlərin qəbulu 2024-cü il may ayının 30-dan avqust ayının
31-dək aparılacaq. İxtisasların siyahısı və əlavə məlumatla
unec.edu.az saytının “Qəbul” bölməsindən tanış olmaq mümkündür.