Advertisement

Göygöldə evlərdən oğurluq edən şəxslər tutuldu

Bakı. Trend:

Göygöl rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

Trend xəbər verir ki, rayon
Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər
nəticəsində rayonun Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900
manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə
şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, N.Əliyev sözügedən ərazidən daha
bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət
əşyaları oğurlayıb.

Faktlarla bağlı araşdırma aparılır.