Advertisement

Qurban bayramının namaz vaxtı AÇIQLANDI

Bakı. Trend:

Azərbaycanda Qurban bayramının iyunun 16 və 17-də keçirilməsi
nəzərdə tutulur.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev
Trend-ə bildirib ki, dövlət səviyyəsində iki gün bayram kimi
müəyyən edilib.

O qeyd edib ki, insanlar qurbanlarını iyunun 16, 17 və 18-də
kəsə bilərlər.

Eyni zamanda bayram namazının məscidlərdə iyunun 16 və 17-də
qılınması nəzərdə tutulur.