Advertisement

Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyevlə vida mərasimi keçirilir

Bakı. Trend:

Bu gün Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid
kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab
edilən Rövşən Məcid oğlu Əliyevin nəşi Xırdalan şəhərində ailəsinə
təhvil verilib.

Trend xəbər verir ki, şəhidlə
vida mərasimi Xırdalanda keçirilir.

Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və
ictimaiyyət nümayəndələri iştirak edirlər.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də
Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın
rayonunun Təzəkənd kəndində itkin düşüb.

R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.