
Bakı. Trend:
Nazirlər Kabineti “Standartlaşdırma üzrə texniki komitələrin
yaradılması və fəaliyyətinin təşkili Qaydaları”nı təsdiqləyib.
Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, iqtisadi fəaliyyətin hər növü üzrə bir texniki
komitə yaradılacaq.
Texniki komitənin fəaliyyətinin təşkili və istiqamətləri, eləcə
də onun sədrinin, müavininin, katibinin və üzvlərinin funksiyaları,
kargüzarlığın aparılma qaydası, altkomitələrin yaradılması və
onların fəaliyyətinin təşkili qaydası, həmçinin illik iş planının
hazırlanması və razılaşdırılması proseduru müvafiq dövlət standartı
və texniki komitənin əsasnaməsi ilə müəyyən edilir.
İş planının layihəsinə aşağıdakı məlumatlar daxil edilir:
– standartın beynəlxalq təsnifat kodu;
-standartın işlənilib hazırlanması üçün əsas;
– dövlət standartının və ilkin dövlət standartının layihələrinin
adı;
– əsas normativ baza;
– işin yerinə yetirilməsi müddəti;
– maliyyə mənbəyi;
– sifarişi verən təşkilat;
– dövlət standartının potensial istifadəçiləri;
– təşəbbüslə çıxış edən şəxslər tərəfindən nəzərdə tutulan digər
məsələlər.





























