Advertisement

Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı

Bakı. Trend:

Son həftələrdə yeni brend kimliyini ölkənin 7 şəhərində qeyd
edən Bakcell, son rebrendinq tədbirini Laçında keçirtdi. Bununla
şirkət Azərbaycana gətirdiyi innovasiyalar və yeni məhsulları ilə,
bütün ölkə əhalisinə davamlı sadiqliyini nümayiş etdirir.

Tədbir zamanı qonaqlar qabaqcıl texnoloji fəaliyyətlərdə iştirak
etmək və hədiyyələr qazanmaq imkanı əldə ediblər. Tədbirin diqqət
mərkəzində, Bakcell-in yeni dövrünün qəhrəmanı, humanoid robot Ardi
olub. Qonaqlar yeniliklərlə dolu əyləncə proqramı, VR və sürət
oyunlarında iştirak edib, Ardi ilə interaktiv ünsiyət qurublar.

İnnovasiyaları ilə yeni dövr başladan Bakcell, bütün Azərbaycan
ərazisində, xüsusilə də doğma Qarabağa sərmayələrin yatırılması,
ölkənin hər bir bölgəsinə yeniliklər, sürət və qabaqcıl
texnologiyaların gətirilməsini öndə tutur.