Bakı. Trend:
Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv
ediblər.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış
və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində
yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi bir ton olan 2783 ədəd çətənə kolu yandırılaraq
məhv edilib.





























