Bakı. Trend:
Azərbaycana gətirilən bəzi tibbi vasitələri üçün ekspertizaya
sənəd qəbulu müvəqqəti dayandırılır.
Trend xəbər verir ki, bu
barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən
bildirilib.
Bildiririb ki, “Dərman vasitələri haqqında” qanununda dəyişiklik
edilməsi barədə qanuna əsasən, I risk qrupuna aid tibb vasitələri
istisna olmaqla, dövlət qeydiyyatına alınmadan tibb vasitələri
idxal oluna bilməz.
“Bununla əlaqədar olaraq, yaxın günlərdə tibb vasitələrinin
qeydiyyat prosesinin başlanılmasının gözlənildiyinə görə, Səhiyyə
Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsi
tərəfindən tibb vasitələrinin idxalı (I risk sinfinə daxil olan
tibb vasitələri istisna olmaqla) və tibb vasitəsi olub-olmaması ilə
bağlı ekspertizası üçün sənəd qəbulu müvəqqəti dayandırılır”, –
deyə məlumatda qeyd olunub.





























