Advertisement

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılacaq

Bakı. Trend:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunun (M1) 46,9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı
qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat
10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.

Bu barədə Trend-ə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən ərazidə
yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol
hərəkəti qaydalarına əməl etmələrin tövsiyə edir.