Advertisement

Sumqayıtda 2 qumbara tapıldı – Trend.Az

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində sursat aşkar edilməsi
barədə məlumat daxil olub.

Trend nazirliyə istinadən
xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1
əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.