
Bakı. Trend:
Yay aylarında xüsusən dağ və dağətəyi rayonlarda kirayə evlərin
qiymətləri artır. Bunun əsas səbəbi insanların yay tətilində
bölgələrə üz tutmasıdır. Bu da bölgələrdəki mənzil bazarında tələb
artımına gətirib çıxarır.
Trend-in
əməkdaşı turistlərin əsasən üz tutduğu rayonlardakı qiymətlər
barədə araşdırma aparıb.
Hazırda İsmayıllıda günlük kirayə evlərin qiyməti şəraitinə və
otaq sayına görə 50-400 AZN aralığında dəyişir. Bahalı evlərin əsas
fərqi həyətində hovuzu olmasıdır.
Qubada günlük evlərin qiyməti 50 manatdan 500 manata qədər
dəyişir.
Ən bahalı gündəlik evlər isə Qəbələ rayonundadır. Qiymətlərin
baha olmasının əsas səbəbi kimi ərəb turistlərin buraya daha çox
səfər etməsi göstərilir. Qiymətlər 80 AZN-dən başlayıb 700 AZN-ə
qədər dəyişir.
Şəki, Qax, Zaqatala, Balakəndə də 50-300 manat aralığında
dəyişir.
Nisbətən ucuz qiymətlər isə cənub rayonlarındadır. Lənkəran,
Lerik, Masallıda günlük kirayə evlərin qiyməti isə 50-300 manat
arasında dəyişir.





























