
Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə
əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və
ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi
nəzərdə tutulub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Qeyd edilib ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron
rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart
ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş
pensiyalar ödənilib.





























