Advertisement

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən
bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində
axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.