
Bakı. Trend:
Qaxda dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin
Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları
vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə
şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu
saxlayıb.
Vurğulanıb ki, əvvəllər də analoji cinayət əməlinə görə
dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından
sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə
düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min
manata yaxın vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan
tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə
DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına
müraciət edə bilərlər.





























