
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonu Vaqif prospekti 42-də qəza baş
verib.
Trend-in əldə etdiyi məlumata görə, “Mercedes Benz E-class” və
“Toyota Camry” markalı avtomobillərin toqquşmasından sonra hər iki
minik maşını yararsız hala düşüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Xoşbəxlikdən ölən və ağır xəsarət alanın olmadığı bildirilir.
Hadisə yerindən görüntüləri təqdim edirik:





























