Advertisement

Azərbaycana yazın gəlmə vaxtı açıqlandı

Bakı. Trend:

Cari ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil
olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə bildirilib ki, bu
zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub
yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən
Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə
qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz
edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik
bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum
hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə
olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu
isə 8 saat 56 dəq. 37 san. olacaq.