Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin
etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar
reysləri təyin edib.
Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar
reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən
qatarlar iyunun 8-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 9-da
saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin
saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi
vasitəsilə əldə etmək mümkündür.





























